Sumqayıtda “Stansiya Sumqayıt” kimi tanınan Şəfəq qəsəbəsi ərazisində yerləşən tikililərdən birində yanğın baş verib.
“Xəbəraxını” “Sumqayıt24”ə istinadən xəbər verir ki, yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-dən bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə ilə bağlı əlavə məlumat verilmir.
