Əvəz Zeynallı vəfat edib

Əvəz Zeynallı vəfat edib

Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.

Xəbəraxını “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu feysbukda paylaşım edib. 

Qeyd edək ki, 56 yaşlı Əvəz Zeynallı uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, mərhum jurnalist 2024-cü ildə 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Xəstəliyi ilə əlaqədar olaraq vaxtından əvvəl azadlığa buraxılan Əvəz Zeynallı aylarla Türkiyədə müalicə alıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir