Salyan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Muravey” markalı motosiklet yolu keçən piyadanı vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
