2027-ci ildə “Avroviziya”da iştirak etməyəcək olan ölkə açıqlandı

2027-ci ildə “Avroviziya”da iştirak etməyəcək olan ölkə açıqlandı

İrlandiya 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək. Ölkənin ictimai yayımçısı RTÉ müsabiqəni yayımlamayacağını da açıqlayıb.

RTÉ qərarın Qəzzada davam edən humanitar böhran və bölgədə insanların həyatını itirməsi ilə bağlı mövqeyi ilə əlaqədar olduğunu bildirib. Yayımçı həmçinin beynəlxalq jurnalistlərin Qəzzaya müstəqil çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlı narahatlığını ifadə edib.

Beləliklə, İrlandiya ardıcıl ikinci il “Avroviziya”dan kənarda qalacaq. Ölkə 2026-cı ildə də İsrailin müsabiqədə iştirakına etiraz olaraq yarışmaya qatılmayıb və onun yayımından imtina edib.

“Avroviziya”nın direktoru Martin Qrin RTÉ-nin qərarından təəssüfləndiyini, lakin yayımçının mövqeyinə hörmət etdiyini bildirib. O, Avropa Yayım İttifaqının RTÉ ilə dialoqu davam etdirəcəyini və İrlandiyanın gələcəkdə müsabiqəyə qayıtmasını arzuladıqlarını qeyd edib.

Qeyd edək ki, 2027-ci il “Avroviziya” müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Yarışın yarımfinalları mayın 11-i və 13-də, finalı isə mayın 15-də baş tutacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir