Sabah Bakının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın verilişində yaranacaq fasilə təmir-quraşdırma işləri və “Hövsan-Digah” magistral qaz kəmərində aşkar olunan sızmanın aradan qaldırılması ilə əlaqədardır.
Məlumata görə, qaz təchizatı sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində məhdudlaşdırılacaq.
Fasilə Xətai rayonunda M. Hadi və A. Rəhimov küçələrini, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrini, həmçinin Babək prospektinin müəyyən hissəsini əhatə edəcək.
Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrdə və Fazenda yaşayış massivində də qaz təchizatında qısamüddətli fasilə gözlənilir.
Qazın verilişinin təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacağı bildirilib.
