Yaponiya hökuməti Baş nazir Sanae Takaiçinin Nazirlər Kabinetində planlaşdırdığı dəyişikliklərdən əvvəl tam tərkibdə istefa verib.
Yaponiya Baş nazirinin dəftərxanasının yaydığı məlumata görə, Nazirlər Kabinetinin təcili iclasında bütün hökumət üzvləri istefa ərizələrini təqdim edib və baş nazir ərizələri qəbul edib.
Nazirlər Kabinetinin yeni tərkibinin yaxın saatlarda açıqlanacağı gözlənilir. İstefa verən nazirlər yeni hökumət formalaşdırılanadək formal olaraq vəzifələrini icra etməyə davam edəcəklər.
Gözləntilərə əsasən, əsas nazirlərin, o cümlədən xarici işlər naziri Tosimitsu Moteginin, müdafiə naziri Sindziro Koidzuminin, maliyyə naziri Satsuki Katayamanın və Nazirlər Kabinetinin baş katibi Minoru Kiharın öz postlarını qoruyacağı bildirilir.
Qeyd edək ki, Sanae Takaiçi ötən gün hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində əsas vəzifələrə toxunmadan cüzi dəyişikliklər edib.
Yerli müşahidəçilər LDP rəhbərliyində və hökumətdə minimal dəyişikliklərin həyata keçirilməsini Takaiçinin partiya idarəçiliyində sabitliyi qorumaq və 2027-ci ildə LDP sədri vəzifəsinə yenidən seçilməsi üçün əlverişli şərait yaratmaq istəyi ilə əlaqələndirirlər.
