Sumqayıtda ağır qəza: sürücü ölüb, sərnişin yaralanıb

Sumqayıtda ağır qəza: sürücü ölüb, sərnişin yaralanıb

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu hadisə yerində həyatını itirib.

“Kia Sorento”da sərnişin olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir