Kürəkənini öldürən ata və qızına hökm oxunub

Kürəkənini öldürən ata və qızına hökm oxunub

Kürəkənini öldürməkdə təqsirləndirilən ata və qızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son məhkəmə iclasında hökm elan olunub.

Məhkəmənin hökmü ilə Nəcəf Qafarov 19 il, onun qızı Nuranə Məhərrəmova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən ilin yazında Biləcəri qəsəbəsində baş verib. İttihama görə, ata və qızı Nuranə Məhərrəmovanın həyat yoldaşı Ədil Məhərrəmovu kəsici-deşici alətlə öldürüblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir