Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində cənub küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21°, gündüz isə 26-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Rayonlarda şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti olacaq. Dağlıq ərazilərdə isə gecə temperaturu 8-13°, gündüz 20-25° isti təşkil edəcək.
