Bakı sakinlərinə şad xəbər – Yeni avtobus marşrutu açılır

Bakı sakinlərinə şad xəbər – Yeni avtobus marşrutu açılır

Bakıda M9 ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq

Bakı metrosunda xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədilə yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.

M9 nömrəli ekspres marşrut sentyabrın 13-dən fəaliyyətə başlayacaq. Yeni xətt “Elmlər Akademiyası” və “Nizami” metro stansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanmasına xidmət edəcək.

Marşrut üzrə avtobusların “Elmlər Akademiyası” stansiyasındakı dayanacağı Hüseyn Cavid prospektində, “Həzi Aslanov” stansiyasındakı dayanacağı isə Məhəmməd Hadi küçəsində, metro stansiyasının qarşısında yerləşəcək.

Avtobusların hərəkət qrafiki metronun iş rejiminə uyğunlaşdırılacaq. M9 marşrutu üzrə sərnişindaşıma saat 06:00-dan 00:00-dək həyata keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir