OPEC: Qlobal neft tələbatı bu il 105,8 milyon barelə çatacaq

OPEC: Qlobal neft tələbatı bu il 105,8 milyon barelə çatacaq

OPEC 2026 və 2027-ci illər üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb.

Təşkilatın aylıq hesabatına əsasən, bu il dünyada neftə olan tələbatın ötən illə müqayisədə 380 min barel artaraq sutkada 105 milyon 840 min barelə yüksələcəyi gözlənilir.

Qeyri-OECD ölkələrində gündəlik neft tələbatının 490 min barel artaraq 59 milyon 700 min barelə çatacağı, OECD ölkələrində isə 110 min barel azalaraq 46 milyon 140 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

OPEC-in gözləntilərinə görə, 2027-ci ildə qlobal neft tələbatı daha 2 milyon 360 min barel artaraq sutkada 108 milyon 190 min barelə yüksələcək.

Gələn il qeyri-OECD ölkələrində tələbatın 1 milyon 920 min barel artımla 61 milyon 620 min barelə, OECD ölkələrində isə 430 min barel artımla 46 milyon 570 min barelə çatacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir