Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılan məqsədli büdcə fondları və büdcədən maliyyələşən qurumların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlərlə bağlı fərman imzalayıb.
Sənədə əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinə ayrılan hissəsi yalnız “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.
Həmin təşkilatların büdcədənkənar vəsaitlərinin qalan hissəsi isə dövlət büdcəsinə köçürüləcək.
