Yer kürəsində payızın ilk G1 səviyyəli maqnit fırtınası başlayıb.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, fırtına Moskva vaxtı ilə saat 11:00 radələrində başlayıb və hazırda zəif səviyyədədir.
Bir neçə gün əvvəl Günəşdən ayrılan plazma buludunun Yerə çatması nəticəsində təxminən 24 saat davam edən geomaqnit pozuntular qeydə alınıb. Daha sonra maqnit fırtınası həddi keçilib.
Alimlər geomaqnit aktivliyin tam sabitləşməsinin iki günə qədər davam edə biləcəyini bildirirlər. Bu müddətdə G2 və G3 səviyyəli daha güclü maqnit fırtınalarının baş verməsi ehtimalı var.
