Ələt-Astara yolunda ağac avtomobilin üzərinə aşıb

Ələt-Astara yolunda ağac avtomobilin üzərinə aşıb

Cəlilabad rayonunda güclü külək nəticəsində iri gövdəli ağac yola aşaraq hərəkətdə olan avtomobilin üzərinə düşüb.

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Ağac “Ford Transit” markalı nəqliyyat vasitəsinin üzərinə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin ağacın düşməsi nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, yolun digər hissələrində də güclü külək səbəbindən təxminən 30 iri gövdəli ağac yola aşıb və nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir