FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında güclü külək müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyi (FHN) belə hava şəraitində təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini bildirib.
Nazirlik güclü külək zamanı yüngül konstruksiyalardan və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı tövsiyə edib. Həmçinin elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmaqdan çəkinmək çağırılıb.
FHN küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına da xüsusi diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. Bildirilib ki, güclü külək zamanı baş verən yanğınların söndürülməsi daha da çətinləşir.
