Məşhur aktyor bütün əmlakını satdı 

Məşhur aktyor bütün əmlakını satdı 

Stiven Siqal ABŞ-dəki daşınmaz əmlakını satıb

Dünya şöhrətli aktyor və rejissor Stiven Siqal Rusiyanın vətəndaşlığını qəbul etdikdən sonra ABŞ-də sahib olduğu daşınmaz əmlakları satıb.

Məlumata görə, aktyorun ABŞ-də üç malikanəsi müxtəlif illərdə satışa çıxarılıb. O, 2017-ci ildə Tennessi ştatında yerləşən 743 kvadratmetrlik evini 880 min dollara satıb. Siqal 2021-ci ildə Arizonadakı mülkünü 3,55 milyon dollara, 2022-ci ildə isə Kaliforniyadakı villasını 7 milyon dollara satıb.

Bundan başqa, aktyorun Rusiyada saxta investisiya layihəsinin təşviqində ittiham olunan iş üzrə cavabdehlərdən biri kimi göstərildiyi bildirilir. İddiaçıların Siqala məhkəmə sənədlərini təqdim edə bilmədiyi qeyd olunur.

Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb. 2024-cü ilin mayında Rusiya Prezidenti Vladimir Putin onu beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordeni ilə təltif edib.

Aktyor 2026-cı ilin yanvarında Moskva vilayətində yerləşən malikanəsini də satışa çıxarıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir