Bakının Xəzər rayonunda 21 yaşlı gənc atasını döydüyü üçün məhkum edilib.
2005-ci il təvəllüdlü E.İsmayılzadə ilə atası arasında mübahisə valideynin oğluna işləməməsi ilə bağlı irad bildirməsindən sonra yaranıb.
Mübahisə zamanı gənc atasına bir neçə dəfə yumruq zərbəsi endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb. Xəzər Rayon Məhkəməsinin hökmü ilə E.İsmayılzadənin azadlığı 9 ay müddətinə məhdudlaşdırılıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş ata oğlunu bağışlamayıb və onun cəzalandırılmasını istəyib.
