Biləsuvar şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə zamanı 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub.
E.Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
