Sentyabrın 3-də Azərbaycanda qeydə alınan 57 cinayət, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 36 cinayət polis əməkdaşları tərəfindən açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən axtarışda olan ümumilikdə 114 nəfər aidiyyəti üzrə təhvil verilib. Onlardan 88-i borclu şəxs qismində, 7-si dələduzluq cinayəti üzrə axtarışda olub. Bundan başqa, ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyi üçün itkin kimi axtarılan 8 nəfər də müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli 25 fakt müəyyən olunub. Bu faktlar üzrə ümumilikdə 1,3 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 11 fakt qeydə alınıb. Paytaxtda və ölkənin müxtəlif rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 6 patron darağı, 1 mərmi və müxtəlif çaplı 253 patron aşkarlanaraq götürülüb.
Görülən tədbirlər çərçivəsində cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
