Bakının Yasamal rayonunda skuterlə hərəkətdə olan 57 yaşlı kişi qəza nəticəsində həyatını itirib.
Hadisə Tbilisi prospektində baş verib. 1969-cu il təvəllüdlü Həsən Xəlilov idarə etdiyi skuterdən yıxılıb.
Müxtəlif dərəcəli xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
