13 yaşlı qız əkiz övladlar dünyaya gətirdi

13 yaşlı qız əkiz övladlar dünyaya gətirdi

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib.

Xəbəraxını xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb.

O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib.

Samirə Bayramova APA-nın yerli bürosuna bildirib ki, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanı nəzərdə tutan maddə üzrə aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir