Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb.
O, sosial şəbəkə hesabında yayımladığı paylaşımda virusa yoluxduğunu və klinikada müalicə aldığını bildirib. Aparıcıya klinikada sistem köçürülüb.
Zaur Kamal səhhətinin pisləşdiyini qeyd edərək dünən klinikaya ağır vəziyyətdə getdiyini deyib:
“Dünən klinikaya pis vəziyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim ‘getmə’ dedi”.
