Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda dəyişikliklərin edilməsi təklif olunur.
Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliklərə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarının sifarişi əsasında magistratura və ya rezidentura səviyyəsini bitirmiş, eləcə də doktorantura və ya adyunktura təhsilini başa vuraraq müvafiq elmi dərəcə əldə etmiş zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılacaq.
Bu güzəşt ali təhsilin hər bir qeyd olunan səviyyəsi üzrə yalnız bir dəfə tətbiq ediləcək.
Layihədə “leytenant” hərbi rütbəsində xidmət müddətinə dair qaydalara da dəyişiklik nəzərdə tutulur.
Belə ki, təhsil müddəti 5 il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddətinin 2 il olması təklif edilir. Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə bu müddət 1 il müəyyənləşdirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində xidmət müddətinin 1 il olması nəzərdə tutulur.
Dəyişikliklərin əsas məqsədi hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddətinin hesablanması qaydalarını dəqiqləşdirmək, zabitlərin əlavə ali təhsil almasını və elmi fəaliyyətini stimullaşdırmaqdır.
Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, magistratura, rezidentura və elmi dərəcə əldə edən zabitlərin hərbi rütbədə xidmət müddətinin hesablanmasında həmin təhs
