XİN Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan etdi – Siyahıda tanınmış simalar da var

XİN Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” elan etdi – Siyahıda tanınmış simalar da var

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının ölkəmizdə “arzuolunmaz şəxslər” elan edildiyini açıqlayıb. Onların Azərbaycana girişinə qadağa qoyulub. Siyahıda jurnalistlər, siyasətçilər, blogerlər və ictimai xadimlər də yer alır.

Xəbəraxını xəbər verir ki,Nazirliyin açıqlamasına görə, qərar müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı yönəlmiş açıqlamalar nəzərə alınaraq qəbul edilib.

Məlumatda həmin şəxslərin hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş bəyanatlarının da əsas götürüldüyü bildirilib.

“Arzuolunmaz şəxslər” siyahısına daxil edilən Türkiyə vətəndaşları:

  1. Ahmet Barış İyison – “İyison Medya” şirkətinin və “Gazeteciabi” layihəsinin rəhbəri
  2. Cem Özyurt – bloger
  3. Akın Duru – TV8 və “Acunmedya” əməkdaşı
  4. Dursun Eker – jurnalist, “File Prodüksiyon Hizmetleri”
  5. Adem Özköse – jurnalist, siyasi analitik və yazıçı
  6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi
  7. Cüneyt Sezer – bloger, sosioloq, publisist və siyasi analitik
  8. Serhat Koyuncu – ictimai xadim
  9. Mikail Ayyıldız – dini yazar və araşdırmaçı
  10. Ahi Aratoğlu – araşdırmaçı yazar, şair və sosioloq
  11. Muharrem Çavuş – AK Partinin Boğaziçi Gənclik Qollarının 2020–2025-ci illərdə rəhbəri
  12. Fatih Erbakan – “Yeniden Refah” Partiyasının sədri
  13. Yahya Uğraş – HÜDA PAR sədrinin müavini
  14. Aydın Binboğa – iqtisadçı və siyasətçi
  15. Hakkı Eren – “Köklü Değişim” jurnalının əməkdaşı
  16. Sait Seyitoğlu – HÜDA PAR-ın Batman üzrə maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
  17. Mehmet Boynukalın – Marmara Universitetinin ilahiyyat professoru, Ayasofya məscidinin imam-xətibi
  18. Okan Aytaş – jurnalist, “Finansopia Medya” şirkətinin sahibi
  19. Mert Armağan – jurnalist
  20. Yaşar Yavuz – “Yeni Şafak”, “Diriliş Postası” və “Referans” nəşrlərinin jurnalisti
  21. Ahmet Sırrı Arvas – şair, jurnalist və yazıçı
  22. Yusuf Kaplan – yazıçı və jurnalist
  23. Erdinc Teğmen – “Erte Medya” şirkətinin sahibi
  24. Ahmet Çakar – keçmiş millət vəkili
  25. Halil Atakan Ay – ilahiyyatçı
  26. İsmail Kılıçarslan – TVNET və “Yeni Şafak” əməkdaşı
  27. Murat Şahin – “Akit TV” proqram aparıcısı
  28. İrfan Kaya Ülger – “Akit TV” proqram aparıcısı
  29. Fatin Dağistanlı – “Akit TV” proqram aparıcısı
  30. Ömer Ulutaş – “Toprak” Partiyasının sədri
  31. Ömer Faruk Gergerlioğlu – millət vəkili

XİN-dən bildirilib ki, Azərbaycanın suverenliyinə qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq qanunvericiliyə uyğun tədbirlər bundan sonra da davam etdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir