XII Bakı Beynəlxalq Kitab Sərgisi bu tarixlərdə keçiriləcək – 30 ölkədən iştirakçılar gələcək

XII Bakı Beynəlxalq Kitab Sərgisi bu tarixlərdə keçiriləcək – 30 ölkədən iştirakçılar gələcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək XII Bakı Beynəlxalq Kitab Sərgisi baş tutacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bakı Ekspo Mərkəzində keçiriləcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunacaq. Tədbirdə 30 xarici ölkədən 59 təşkilat, həmçinin 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli qurum təmsil ediləcək.

Sərgidə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan tanınmış yazıçılar və elm adamları da iştirak edəcəklər.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları keçiriləcək. Bununla yanaşı, kitab sənayesinin nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformalar da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə vərdişlərinin təşviqi, Azərbaycan və xarici ölkələrin ədəbi mühitləri arasında əlaqələrin gücləndirilməsi, eləcə də kitab sənayesində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli tədbirlərdən biridir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir