Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzura təşkil edilən ikigünlük səfər çərçivəsində Şuşada olublar.
Diplomatlar səfər zamanı Cıdır düzünü ziyarət edərək ərazinin tarixi və mədəni əhəmiyyəti ilə tanış olublar. Qonaqlara həmçinin Cıdır düzündən Şuşanın mənzərələri nümayiş etdirilib.
Cıdır düzü Şuşanın əsas turistik məkanlarından olmaqla yanaşı, şəhərin simvollarından biri kimi tanınır.
