Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində bir sıra tədbirlər təşkil olunub.
Şəhər sakinləri və tədbir iştirakçıları üçün konsert proqramı təqdim edilib. Proqramın ardından Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
Rəngarəng fişənglər şəhərin gecə səmasını işıqlandıraraq tədbirə xüsusi ab-hava qatıb.
