Azərbaycan boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Qafqazinfo Azərbaycan Boks Federasiyasına istinadən məlumat yayıb.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyeva ilə qarşılaşıb. Səma Abbasova rəqibini 4:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib.
Qeyd edək ki, Azərbaycanın daha 7 boksçusu — Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaqlar.
