Qazaxıstanın Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı 19 hərbçini dalğa dənizə aparıb.
“Xəbəraxını.com ” xəbər verir ki, hadisə yerli vaxtla saat 11:10 radələrində Aktau şəhərindən 43 kilometr məsafədə baş verib.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində güclü dalğa hərbi qulluqçuları dənizə aparıb.
İlkin məlumatda 9 hərbçinin öldüyü, 3 nəfərin xilas edildiyi, 7 hərbçinin isə itkin düşdüyü bildirilirdi. Son məlumata əsasən, hadisə nəticəsində ölən hərbçilərin sayı 12-yə çatıb.
Məlumata görə, dənizə düşən hərbçilər arasında 15 matros, bir zabit və müqavilə əsasında xidmət edən bir hərbi qulluqçu olub.
Hadisədən dərhal sonra axtarış-xilasetmə əməliyyatına 4 hərbi gəmi, Mi-8 helikopteri və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.
Hazırda itkin düşən 7 hərbçinin axtarışları davam etdirilir.
