Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması ağır nəticələrə səbəb olub. Qəza nəticəsində 11 nəfər həyatını itirib, 26 nəfər isə xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, hadisə Gebze-Orhangazi-İzmir avtomobil yolunda qeydə alınıb. Ölən və yaralananların olması barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları göndərilib.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
