Türkiyədə mədəndə partlayış: Ölənlərin sayı 3-ə çatdı

Türkiyədə mədəndə partlayış: Ölənlərin sayı 3-ə çatdı

Türkiyənin Zonquldak bölgəsində kömür mədənində baş verən partlayış ağır itkilərlə nəticələnib. Hadisə zamanı həyatını itirənlərin sayı üç nəfərə yüksəlib.

Xəbəraxını xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Kilimli rayonundakı özəl kömür mədənində partlayışdan sonra aparılan axtarış-xilasetmə işləri zamanı şaxtada qalan sonuncu işçinin də meyiti aşkarlanıb.

İlkin məlumatlarda partlayış nəticəsində iki nəfərin öldüyü, ikisi ağır olmaqla beş işçinin yaralandığı bildirilirdi. Son məlumata əsasən, ölənlərin sayı üçə çatıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir