“Turan Tovuz” və “Fənərbaxça” Bakıda üz-üzə gələcək

“Turan Tovuz” və “Fənərbaxça” Bakıda üz-üzə gələcək

Bu gün Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matçın start fiti saat 20:00-da səslənəcək. Milli komandalara dəvət alan futbolçular bu oyunda iştirak etməyəcəklər.

Xəbəraxını xəbər verir ki, komandalar bundan əvvəl də qarşılaşıblar. “Turan” və “Fənərbaxça” ilk dəfə 1994-cü ildə, həmin vaxt UEFA Kuboku adlanan turnirdə üz-üzə gəlib.

İstanbulda keçirilən ilk görüş Türkiyə təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Sumqayıtda oynanılan cavab matçında isə “Fənərbaxça” 2:0 hesabı ilə qalib gəlib.

Oyun barədə:
Tarix: 3 oktyabr
Saat: 20:00
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı
Qarşılaşma: “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir