Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı elan edə bilər? – “Qənimət qalibə məxsusdur”

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı elan edə bilər? – “Qənimət qalibə məxsusdur”

ABŞ Prezidenti Donald Tramp Venesuelanın gələcəkdə ölkəsinin 51-ci ştatına çevrilə biləcəyini bildirib. O, bu fikirləri Texasda tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.

Xəbəraxını xəbər verir ki, “İnterfaks” məlumat yayıb.

Tramp çıxışında Venesuelanın gələcəkdə çiçəklənən 51-ci ştata çevrilməsinin mümkün olduğunu deyib. O, belə bir ssenari reallaşarsa, ölkədə prezident seçkiləri əvəzinə qubernator seçkilərinin keçiriləcəyini qeyd edib.

ABŞ lideri Venesuela neftinə də toxunaraq “Qənimət qalibə məxsusdur” ifadəsini işlədib. O, ölkəsinin Venesuelanın neft ehtiyatlarından faydalanacağını vurğulayıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib. Əməliyyat nəticəsində ölkənin keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıblar. Onların ABŞ-də narkoterrorçuluq və digər cinayətlərdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaqları bildirilib.

Əməliyyatdan sonra Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkənin müvəqqəti rəhbəri elan edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir