Tramp: İspaniya üçün təhlükə yaranır

Tramp: İspaniya üçün təhlükə yaranır

ABŞ Prezidenti Donald Tramp İspaniyada kütləvi miqrant axınının ölkə üçün ciddi təhlükə yaratdığını bildirib.

Tramp “GB News” kanalına müsahibəsində kütləvi miqrant axınının İspaniyanın “məhvinə gətirib çıxara biləcəyini” deyib. Onun sözlərinə görə, ölkə xarabalığa çevrilmək təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, iyulun 30-da əsasən Mərakeş, Əlcəzair və Böyük Səhranın cənubundakı ölkələrdən gələn miqrantlar İspaniyanın Seuta anklavına daxil olmağa cəhd ediblər. Əsasən gənclərdən ibarət qrup şəhərə həm quru, həm də dəniz yolu ilə keçərək Avropa İttifaqından sığınacaq almağa çalışıb.

Məlumata görə, hadisə zamanı 80 minə yaxın şəxs sərhədi keçib. Bir sıra miqrant isə Seutaya üzərək çatmağa çalışarkən həyatını itirib.

Avqustun 25-nə olan məlumata əsasən, İspaniyanın Seuta anklavında təxminən 10 min qanunsuz miqrant qalıb. Bu vəziyyətin yerli sakinlər arasında narahatlıq yaratdığı və bəzi insanların küçəyə çıxmaqdan çəkinməsinə səbəb olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir