Tovuzda ailə münaqişəsi qanla bitdi: 29 yaşlı kişi boğazından bıçaqlandı

Tovuzda ailə münaqişəsi qanla bitdi: 29 yaşlı kişi boğazından bıçaqlandı

Tovuz rayonunun Ağdam kəndində ailə münaqişəsi zamanı 1997-ci il təvəllüdlü Nicat Məmmədov bıçaqlanıb.

Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı Nicat Məmmədov boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.

Hadisənin onun atası Aydın Məmmədov tərəfindən törədildiyi ehtimal olunur. Aydın Məmmədov polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinir.

Məlumat daxil olduqdan sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Hadisənin səbəbləri və digər hallar müəyyənləşdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir