Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıya gəlir

Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıya gəlir

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana yola düşüb. O, Bakıda keçiriləcək beynəlxalq zirvə toplantısında iştirak edəcək.

Xəbəraxını xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Emoməli Rəhmon oktyabrın 14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında iştirak etmək məqsədilə Azərbaycana səfərə çıxıb.

Tacikistan liderini səfər zamanı ölkənin xarici işlər naziri, Prezidentin xarici siyasət və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, AQEM-in VII Zirvə Toplantısı oktyabrın 15-də Bakıda keçiriləcək. Tədbirdə təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edəcəklər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir