Şəmkir şəhərində bədbəxt hadisə ölümlə nəticələnib. 50 yaşlı kişi yaşadığı evin həyətində su çənini təmizləyərkən hündürlükdən yıxılaraq həyatını itirib.
Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Hadisə rayon sakini, 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmovun yaşadığı evin həyətində baş verib. Məlumata görə, o, oktyabrın 13-də günorta saatlarında təxminən 4 metr hündürlükdə yerləşən su çənini təmizləyərkən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Aldığı ağır xəsarətlər səbəbindən Səbuhi Rüstəmov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
