Birinci Qarabağ müharibəsinin ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi – Foto

Birinci Qarabağ müharibəsinin ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi – Foto

Birinci Qarabağ müharibəsində iştirak edən, Azərbaycanın ilk qadın snayperi kimi tanınan Növrəstə Yusifova dünyasını dəyişib. “Xalaqızı” ləqəbi ilə tanınan veteranın vəfatı barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Əslən Xızı rayonundan olan Növrəstə Yusifova Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. O, 1992–1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə snayper kimi xidmət edib və ən gərgin döyüş bölgələrində iştirak edib.

74 yaşında vəfat edən Növrəstə Yusifova Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak edən qadın veteranlardan biri kimi tanınıb.

Onun vəfatı ilə bağlı yaxınlarına və doğmalarına başsağlığı verilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir