Şəkidə baş verən “Zipline” faciəsinin qurbanlarından biri olan Coşqun Məmmədzadənin dayısı İftixar Saadov hadisə ilə bağlı danışıb. İftixar Saadov hadisə barədə ilk məlumatı onun aldığını bildirib.
“Getdim, gördüm birinci üzü saqqallı bir adam. Çəkidə Coşqunla eyni olsa da, baxdım ki, o deyil. Sonra dedilər ki, digər meyit 200 metr aralıdadır. Gedib gördüm, orada boynu əyilmiş vəziyyətdə… Sevdiyi qız da yanında idi.
Nə baş verdiyini soruşanda dedilər tros silkələnib, “rolik” yerindən çıxıb. Dedim ikisi də ağır çəkili adamdır, niyə eyni vaxtda mindirmisiniz? Dedilər ki, “rolik” 240 kilo çəkiyə davamlıdır. Bunların da ikisinin çəkisi 240 kilo olardı. İkisi də eyni zamanda xəttə olmuşdu. Biri gedib çatmalı, sonra o biri çıxmalı idi”, – deyə mərhumun dayısı bildirib.
