Məlumata görə, avqust ayında metrodan istifadə üzrə ən yüksək gündəlik göstərici 548 751 sərnişin olub.
Beləliklə, yeni tədris ilinin ilk günündə qeydə alınan sərnişin sayı avqustun pik göstəricisindən 9,3% çox olub.
Bakı Metropoliteni QSC-dən bildirilib ki, xətlərin ayrılması layihəsinin həyata keçirildiyi dövrdə metrodan istifadənin artması bu nəqliyyat növünün şəhər sakinləri üçün əhəmiyyətini bir daha göstərir.
Qeyd olunub ki, tikinti işləri başa çatdıqdan və xətlər tam ayrıldıqdan sonra qatarlararası intervallar azalacaq, sərnişinlərin daha rahat və sürətli hərəkəti təmin olunacaq.
