Şavkat Mirziyoyev Bakıya yola düşdü – Zirvə görüşündə iştirak edəcək

Şavkat Mirziyoyev Bakıya yola düşdü – Zirvə görüşündə iştirak edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlir. O, Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xəbəraxını  xəbər verir ki,  Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-15-də Azərbaycanda səfərdə olacaq.

Özbəkistan lideri Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısına qatılacaq.

Sammitdə Asiyada sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi, eləcə də təşkilatın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. İştirakçılar nəqliyyat əlaqələrinin genişləndirilməsi, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım sahələrində əməkdaşlıq imkanlarını da nəzərdən keçirəcəklər.

Səfər çərçivəsində Şavkat Mirziyoyevin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Zirvə toplantısının yekununda “Bakı Bəyannaməsi”nin və AQEM-in fəaliyyətinin səmərəliliyini artırmağa yönəlmiş qərarlar paketinin qəbul edilməsi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir