Bakının Sabunçu rayonunda bədbəxt hadisə nəticəsində 37 yaşlı kişi həyatını itirib.
Hadisə Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Azat Aşıroviç Yazklıçov yaşadığı evin damında təmir işləri görərkən elektrik cərəyanının təsirinə məruz qalıb.
Elektrik cərəyanının vurması nəticəsində yıxılan şəxs hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
