“Sabah”ın Çempionlar Liqasında oyunlarının tarixləri açıqlanıb

“Sabah”ın Çempionlar Liqasında oyunlarının tarixləri açıqlanıb

Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşmaların təqvimi müəyyənləşib.

Paytaxt klubu turnirdə ilk oyununu sentyabrın 10-da keçirəcək. “Sabah” İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.

Azərbaycan təmsilçisi oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya” komandası ilə qarşılaşacaq. Oktyabrın 20-də isə Almaniyanın “Borussiya” (Dortmund) klubu Bakıda “Sabah”ın rəqibi olacaq.

“Bayquşlar” noyabrın 4-də Norveçdə “Vikinq”lə qarşılaşacaq. Noyabrın 25-də isə paytaxt təmsilçisi Bakıda İspaniyanın “Barselona” klubunu qəbul edəcək.

“Sabah” dekabrın 8-də səfərdə “Vilyarreal”la üz-üzə gələcək.

Azərbaycan çempionu əsas mərhələdə son iki oyununu 2027-ci ilin yanvarında keçirəcək. Yanvarın 20-də “Napoli” Bakıda qəbul ediləcək, yanvarın 27-də isə “Sabah” İngiltərədə “Arsenal”la qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir