“Sabah” Azərbaycan Premyer Liqasında növbəti böyükhesablı qələbəsini rəsmiləşdirib.
Paytaxt təmsilçisi çempionatın IV turunda “Zirə”ni 5:0 hesabı ilə məğlub edərək tarixində 25-ci dəfə rəqibinə ən azı üç top fərqi ilə qalib gəlib.
Bu nəticə “Sabah”ın öz meydanında 16-cı böyükhesablı qələbəsi olub. Klub ölkə çempionatında ən azı 25 belə qələbə qazanan 11-ci komanda kimi tarixə düşüb.
“Sabah” Premyer Liqada ilk böyükhesablı qələbəsini 29 sentyabr 2019-cu ildə əldə edib. Həmin vaxt komanda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
