Sabah hava necə olacaq? – PROQNOZ 18.10.2026

Sabah hava necə olacaq? – PROQNOZ 18.10.2026

Oktyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə edilə bilər. Mülayim cənub-şərq küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 18-20, gündüz isə 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz arasında dəyişəcək.

Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 16-19, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 20-25 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir