Sabah Ağdaş, Şəki və Qəbələ rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbəraxını “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata əsasən xəbər verir ki, fasilələr təmir-quraşdırma işləri ilə əlaqədar olacaq.
Məlumata görə, saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş şəhərinin H.Əliyev prospekti, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov və İstiqlal küçələrində, həmçinin rayonun Qarasuqumlaq kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bundan əlavə, oktyabrın 1-də saat 09:30-dan işlər başa çatanadək Qəbələ şəhərinin N.Nərimanov, E.Kərimov, 20 Yanvar, H.Əliyev və İ.B.Qutqaşınlı küçələrində qaz təchizatında fasilə yaranacaq.
Şəki rayonunun Baltalı kəndində isə sabah saat 10:00-dan təmir-quraşdırma işləri yekunlaşanadək qaz təchizatının müvəqqəti dayandırılması nəzərdə tutulur.
