Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23°, gündüz isə 25-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli və intensiv olacağı gözlənilir. Şimşək çaxması və dolu düşməsi ehtimalı da var.

Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə olunacaq. Rayonlarda şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 28-32° isti, dağlarda isə gecə 10-15°, gündüz 17-20° isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir