Rusiya Kiyevə yenidən zərbələr endirib: ölən və yaralananlar var

Rusiya Kiyevə yenidən zərbələr endirib: ölən və yaralananlar var

Rusiya ABŞ nümayəndələrinin Kiyevə səfərindən sonra Ukraynanın paytaxtına yenidən hava zərbələri endirib.

Sentyabrın 8-də gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində Kiyevdə azı 5 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.

Məlumata görə, hücum zamanı Rusiya ordusu pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edib. Zərbələr nəticəsində yaşayış binaları, məktəb, tibb müəssisəsi və televiziya kanallarından birinin binası da daxil olmaqla, bir sıra mülki və infrastruktur obyektlərinə ziyan dəyib.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri qanadlı raketlərin və bəzi ballistik raketlərin qarşısını almağa nail olub. Lakin ballistik raketlərin zərərsizləşdirilməsinin daha çətin olduğu bildirilib.

Hücumlar yalnız Kiyevlə məhdudlaşmayıb. Ukraynanın digər bölgələrində də zərbələr qeydə alınıb, Sumı və Zaporojye vilayətlərində sərnişin qatarlarının da hücuma məruz qaldığı və nəticədə itkilərin olduğu bildirilib.

Qeyd edək ki, Rusiya və Ukrayna paytaxtlarında ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin səfəri zamanı müvəqqəti olaraq hücumları dayandırmışdı. ABŞ nümayəndələri əvvəlcə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir