Ramiz Mehdiyevə 14 il həbs: Məhkəmənin detalları

Ramiz Mehdiyevə 14 il həbs: Məhkəmənin detalları

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər üzrə məhkəmə araşdırması yekunlaşıb. O, 14 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzanın şərti tətbiqinə qərar verilib.

Xəbəraxını Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmü ilə Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib və 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə Mehdiyevin yaşını və mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyətini nəzərə alaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilən cəzanın şərti tətbiq olunmasına qərar verib.

Hökmə əsasən, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimatın göndərilməsi də qərara alınıb.

Bundan başqa, onun əmlakları barəsində dövlətin xeyrinə xüsusi müsadirə tədbiri tətbiq edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir