Quba rayonunda qonşular arasında torpaq üstündə yaranan mübahisə xəsarətlə nəticələnib. Kişi mübahisə zamanı qadına otbiçən mişarla hücum edərək onun əlini kəsib.
Xəbəraxını Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.
Məlumata görə, 45 yaşlı Yusif Nəzərovla bağ qonşusu olan Nəzakət adlı qadın arasında əvvəlcə münasibətlər normal olsa da, sonradan torpaq məsələsinə görə mübahisələr yaranıb.
Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, sonuncu mübahisə təxminən 2-3 dəqiqə davam edib. Həmin vaxt o, əlindəki otbiçən mişarla qadının əlinə xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb. Yusif Nəzərov ifadəsində zərərçəkmiş qadınla barışdığını bildirib. Qadın da ondan şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Yusif Nəzərov məsuliyyətdən azad edilib.
